“Çelsi” müdafiəçini 37,5 milyona satıb

Xəbərlər
23 İyun 2024 21:31
69
“Çelsi” müdafiəçini 37,5 milyona satıb

“Aston Villa” nidelandlı müdafiəçi İan Matsenlə güclənəcək.

İdman.biz xəbər verir ki, “Çelsi”nin futbolçusu tibbi müayinədən uğurlu keçib.

Bu sövdələşmə London klubu 37,5 milyon funt qazandıracaq. “Aston Villa” 22 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Matsen son mövsümün ikinci hissəsini icarə əsassında “Borussiya”da (Dortmund) keçirib. O, Almaniya klubunda 23 oyunda 3 qol və 2 ötürmə ilə yadda qalıb.

İdman.biz