Krunoslav Renduliç: “Ən çətini ilə qarşılaşacağıq”

Xəbərlər
19 İyun 2024 19:51
140
Krunoslav Renduliç: “Ən çətini ilə qarşılaşacağıq”

“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib: Renduliç “Makkabi”ni (Hayfa) favorit adlandırıb: “Makkabi”nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında ilk matç iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də Bakıda keçirəcək.

İdman.biz