Kyezaya yeni müştəri

Xəbərlər
19 İyun 2024 11:50
108
Kyezaya yeni müştəri

İtaliya millisinin futbolçusu Federiko Kyezanı heyətinə qatmaq istəyən klub bəlli olub.

İdman.biz xəbər verir ki, hücumçu "Bavariya"nın hədəfindədir.

26 yaşlı vingerin məxsus olduğu "Yuventus" isə onu heyətində saxlamaq niyyətindədir. Turinlilər 2025-ci ildə başa çatacaq müqaviləni uzatmağı planlaşdırır. İtaliya klubu hazırda AVRO-2024-də olan futbolçusunu 30 milyon avrodan satmağa razı olmayacaq.

Qeyd edək ki, Kyezanın heyətində olduğu İtaliya millisi AVRO-2024-ə Albaniya üzərində qələbə ilə başlayıb – 2:1.

İdman.biz

Məqalədə: