Ceyhun Sultanov: “Şerif” təhlükəli komandadır”

Xəbərlər
18 İyun 2024 19:09
222
Ceyhun Sultanov: “Şerif” təhlükəli komandadır”

“Şerif” çox təhlükəli komandadır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Avropa Liqasının l təsnifat mərhələsinin püşkünə münasibət bildirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, “Zirə”nin Moldova “Şerif”i ilə dueli heç də asan olmayacaq: “Şerif”in heyəti güclü legionerlərdən ibarətdir, keyfiyyətli futbolçuları var. Amma bu o demək deyil ki, keçilməz komandadır. İnanıram ki, “Zirə” yaxşı oyunu ilə “Şerif”ə qarşı əzimkar mübarizə aparacaq. Şanslar 50-nin 50-yədir. “Zirə” öz heyətini gücləndirsə, bu mərhələni keçmək şansları daha yüksək olacaq. Amma “Şerif”i güclü rəqib sayıram”.

Qeyd edək ki, mərhələnin ilk oyunları iyulun 11-də səfərdə keçiriləcək. Cavab görüşləri ayin 18-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz