Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ

Xəbərlər
16 İyun 2024 12:37
1 948
Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə planetin 500 ən yaxşı mütəxəssisi yer alıb.

Siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1672 xalla 134-cü pillədə qərarlaşıb.

Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş da cədvələ daxil edilib. O, 1624 xalla dünyada 185-cidir. Santuşla Qurbanov arasında 51 addımlıq fərq var.

Qeyd edək ki, siyahıya 2279 xalla Pep Qvardiola başçılıq edir.

İdman.biz