Fernandu Santuşun idman obyektləri ilə tanışlığı davam edir - FOTO

Xəbərlər
14 İyun 2024 22:41
150
Fernandu Santuşun idman obyektləri ilə tanışlığı davam edir - FOTO

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Bakıda daha bir neçə idman obyektləri ilə tanış olub.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə “Azərsun Arena” və “Qarabağ”ın bazasına səfər edib.

Santuş daha sonra “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzindəki son durumla, eyni zamanda AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Fernandu Santuş iyunun 13-də “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.

İdman.biz