“Everton” 35 milyondan imtina edib

Xəbərlər
14 İyun 2024 19:52
109
“Everton” 35 milyondan imtina edib

“Everton” “Mançester Yunayted”in Cerred Brentueytlə bağlı ilkin təklifini rədd edib.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar” 35 milyon funt ödəyiblər.
Liverpul təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisini daha yüksək qiymətə satmağı planlaşdırıb. “Everton” 65-70 milyon funt qarşılığında Brentueytin keçidinə yaşıl işıq yandıracaq.

Qeyd edək ki, Cerredin komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, 2023/2024 mövsümündə 41 oyunda 3 qolla yadda qalıb.

İdman.biz