Futbol parlamentin iclasını təxirə salıb

Xəbərlər
13 İyun 2024 20:23
137
Futbol parlamentin iclasını təxirə salıb

Albaniya parlamentinin növbəti həftəyə planlaşdırılan iclası təxirə salınacaq.

İdman.biz xəbər verir ki, buna səbəb ölkə yığmasının AVRO-2024-də oyunudur.

Parlamentin 140 deputatından böyük hissəsi Almaniyaya yollanacaq. Onlar komandanın İtaliya ilə görüşünü izləyəcəklər. Bu gün keçirilməli olan iclas isə dünən baş tutub. Bu məsələ ölkədə birmənalı qarşılanmayıb. Bəzi partiya nümayəndələri bu addımı utancverici adlandırıb.

Qeyd edək ki, Albaniya yığması ilk oyununu iyunun 15-də İtaliyaya qarşı keçirəcək. Komanda ayın 19-da Xorvatiya, 5 gün sonra isə İspaniya ilə üz-üzə gələcək.

İdman.biz