AFFA-nın İcraiyyə Komitəsi niyə Qurbanovsuz qərar verib?

Xəbərlər
13 İyun 2024 12:57
1 334
AFFA-nın İcraiyyə Komitəsi niyə Qurbanovsuz qərar verib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb: “O, öz xahişi ilə iclasda olmadı. Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq”.

Qeyd edək ki, komitənin iclasında Santuşla 3+1 illik müqavilənin imzalanması qərara alınıb.

İdman.biz