“Qarabağ”ın yeni transferi Bakıda ilk məşqinə çıxıb - FOTO

Xəbərlər
11 İyun 2024 15:07
975
“Qarabağ”ın yeni transferi Bakıda ilk məşqinə çıxıb - FOTO

“Qarabağ”ın mövsümlərarası fasilədəki ilk transferi Fabiyan Buntiç Bakıda ilk məşqinə çıxıb.

İdman.biz xəbər verir ki, Almaniya vətəndaşı olan xorvat qapıçı “Azərsun Arena”da hazırlıq keçib.

Dünən ölkəmizə gələn qolkiper Azərbaycan çempionu ilə 3 illik müqavilə imzalayıb. Buntiç bu gün arenada ilk məşqini gerçəkləşdirib. “Qarabağ” hazırda istirahətdə olduğu üçün legioner fərdi hazırlıq keçib.

Qeyd edək ki, Buntiç son iki mövsümü Portuqaliyanın “Vizela” klubunda keçirib.

İdman.biz

Məqalədə: