Azərbaycan - Bolqarıstan matçı qolsuz bitib - VİDEO

Xəbərlər
11 İyun 2024 21:54
506
Azərbaycan - Bolqarıstan matçı qolsuz bitib - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Bolqarıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Samir Əliyevin yetirmələri rəqibini Bakıda qəbul edib. Slovakiya ilə səfərdəki yoxlama matçında 2:3 hesabı ilə uduzan komandamız doğma divarlar arasında heç-heçə oynayıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Qeyd edək ki, yığmamız növbəti matçına sentyabrın 6-da çıxacaq. Millimiz AVRO-2025-in seçmə mərhələsində Lüksemburqun qonağı olacaq.

Yoldaşlıq oyunu
11 iyun
20:00. Azərbaycan U-21 – Bolqarıstan U-21 - 0:0

Bakı. "Liv Bona Dea Arena"

İdman.biz

Məqalədə: