İngiltərənin “Everton” klubunun yeni müştərisi bəlli olub.
İdman.biz xəbər verir ki, beynəlxalq investorlardan ibarət konsorsium Premyer Liqa təmsilçisini almaq qərarına gəlib.
Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərindən birinin də yer aldığı konsorsium klub üçün 400 milyon funt sterlinq təklif edib. “Everton”un indiki sahibi Farhad Moşiri ötən il səhmlərin 94 faizini ABŞ-ın “777 Partners” investisiya şirkətinə satmağa yaxın olsa da, alqı-satqı sonda baş tutmamışdı.
Qeyd edək ki, Liverpul təmsilçisi Premyer Liqanın ötən mövsümünü 15-ci yerdə başa vurub.
İdman.biz