Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Xorvatiyalı qapıçı "Qarabağ"da - İdman və Biz

Xorvatiyalı qapıçı "Qarabağ"da

Xəbərlər
10 İyun 2024 20:01
1 094
Xorvatiyalı qapıçı "Qarabağ"da

Azərbaycan çempionu "Qarabağ" ilk transferini reallaşdırıb.

Klubdan İdman.bizə verilən məlumata görə, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

İdman.biz