Kannavaro A seriyasında saxladığı klubdan qovulub

Xəbərlər
8 İyun 2024 19:14
240
Kannavaro A seriyasında saxladığı klubdan qovulub

Fabio Kannavaro “Udineze”nin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

İdman.biz xəbər verir ki, veteran futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib.

50 yaşlı mütəxəssis klub prezidenti ilə görüşdən sonra vəzifəsindən azad edildiyi xəbəri alıb. Kannavaro paylaşımda “Udineze” və klubun azarkeşlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, Fabio aprel ayından komandaya rəhbərlik edib. Udinelilər onun rəhbərliyi ilə 6 oyunda 2 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb və 1 dəfə uduzub. “Udineze” son turda A Seriyasında qalmaq vəzifəsinin öhdəsindən gəlib (15-ci yer).

İdman.biz