Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Maykl Olise Bundesliqa hakimlərinin qərarlarından narazılığını bildirib.
İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçu ötən mövsüm “Bavariya”nın heyətində 52 oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Bu göstəricilərdən sonra o, komandanın əsas simalarından birinə çevrilib.
Olisenin fikrincə, yeni statusu səbəbindən rəqiblər ona qarşı daha sərt oynayırlar və hakimlər buna lazımi reaksiya vermirlər. O, 5 sentyabrda “Şalke 04”lə 0:0 hesabı ilə başa çatan matçda da bu məsələyə görə baş hakimə etiraz edib.
“Daha ardıcıl olmalısınız, yoxsa axırda məni məhv edəcəklər. Rəqib müdafiəçilərin bu davranışına belə reaksiyasız qala bilməzsiniz. Hər şeyə göz yummaq olmaz, bu mümkün deyil”, - deyə Olise bildirib.
