"Çelsi"nin Viktor Osimhenlə bağlı planları dəyişib.
İdman.biz xəbər verir ki, buna Entso Mareskanın baş məşqçi təyin edilməsi səbəb olub.
Mütəxəssis nigeriyalının transferini vacib saymır. İngiltərə klubu artıq digər hücumçuların keçidini də nəzərdən keçirir. Londonlular onun üçün 90 milyon avro və Romelu Lukakunu təklif etmək fikrindən də daşınıb.
Qeyd edək ki, "Napoli"nin heyətində ötən mövsümdə 32 matça çıxan Viktor 17 qola imza atıb.
İdman.biz