Azərbaycan millisi 6 ildən sonra yoldaşlıq oyununda 3 və ya daha çox qol buraxıb.
İdman.biz xəbər verir ki, yığmamız Albaniya ilə dünən Macarıstanda keçirilən görüşdə 1:3 hesabı ilə uduzub.
Komandamızın seçmə mərhələlər və Millətlər Liqasında bu qədər qol buraxdığı matçlar olsa da, yoxlama oyunlarında son 6 ildə ilk dəfə belə hal yaşanıb. Sonuncu dəfə buna Qazaxıstan nail olub.
2018-ci il iyunun 5-də Astanada meydan sahibləri üç qola seviniblər. Həmin görüşdə millimiz 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, tarixində 298-ci oyununu keçirən yığma ümumilikdə 66-cı dəfə qapısında 3 və ya daha çox qol görüb.
Vüqar Xeyrullayev
İdman.biz