“Biz Qvineyaya öz meydanımızda uduzduq. Buna görə də çox məyusuq”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.
O, Əlcəzair millisinin DÇ-2026-nın Qvineya ilə seçmə oyunundan sonra matç barədə fikirlərini açıqlayıb: “Amma hələ qarşıda çox oyun var. İstirahət etməli və növbəti matçda tam gücümüzü qoymalıyıq. Hər şeyi edə biləcəyimizə inanıram. Mümkün qədər tez toparlanmalıyıq. Başa düşürük ki, azarkeşləri məyus etmişik. Çünki Əlcəzairdə futbolu çox sevirlər”.
Qeyd edək ki, Əlcəzair Qvineya ilə ev oyununda 1:2 hesabı ilə uduzub.
İdman.biz