Messinin baxımlı qolu “İnter Mayami”yə kömək etmədi - VİDEO

28 Sentyabr 2026 09:28
90
Messinin baxımlı qolu “İnter Mayami”yə kömək etmədi - VİDEO

ABŞ və Kanadanın peşəkar futbol liqasında(MLS) “Kolambus Kryu” və “İnter Mayami” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, sentyabrın 28-nə keçən gecə Kolumbus şəhərində keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Matçda hesab 28-ci dəqiqədə açılıb. Martin Mendez öz qazandığı penaltini dəqiq yerinə yetirərək “Kolambus Kryu”nu önə keçirib.

Lakin meydan sahiblərinin üstünlüyü uzun sürməyib. 33-cü dəqiqədə Lionel Messi cərimə zərbəsini kəskin bucaqdan birbaşa qapıya göndərərək hesabı bərabərləşdirib - 1:1.

Qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub. 90+6-cı dəqiqədə “İnter Mayami”nin futbolçusu Morales vaxtı uzatdığı üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.

“Kolambus Kryu” isə say üstünlüyündən yararlanaraq 90+8-ci dəqiqədə qələbə qolunu vurub. Qapıçının zərbəni dəf etməsindən sonra Tiarenin tamamladığı epizod meydan sahiblərinə 2:1 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra “Kolumbus Kru” 29 xalla Şərq Konfransında 12-ci pilləyə yüksəlib. “İnter Mayami” isə 46 xalla üçüncü sırada qərarlaşıb.

Məlumat üçün əlavə edək ki, hazırda Türkiyənin “Ərzurumspor” klubunun heyətində çıxış edən futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur.

İdman.Biz