AFFA rusiyalılarla danışıq aparır

Xəbərlər
7 İyun 2024 12:58
609
AFFA rusiyalılarla danışıq aparır

Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunu keçirə bilər.

İdman.biz xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının (RFS) baş katibi Maksim Mitrofanov açıqlayıb.

O bildirib ki, RFS yoldaşlıq oyunu ilə bağlı AFFA ilə danışıqlar aparır. Mitrofanov qeyd edib ki, təkcə Azərbaycan deyil, Qazaxıstan və Ermənistanla da danışıqlar getsə də, UEFA-ya üzv olan ölkələrlə razılıq əldə etmək asan deyil. Avropa futbolunda təqvimin sıx olması qarşılaşmanın baş tutmasına mane ola bilər.

Qeyd edək ki, Azərbaycan millisi ilin sonuna qədər 8 oyun keçirəcək. Bu ay iki yoldaşlıq görüşünə çıxacaq komandamız sentyabrdan noyabra qədər Millətlər Liqasında 6 matçda qüvvəsini sınayacaq.

İdman.biz