Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, Elşad Quliyevin komandası İtaliya yığmasını sınağa çəkib.
Görüşdə hesabı italiyalılar açsalar da, millimiz əzmkarlıq nümayiş etdirib. 2:1 hesabı ilə qalib gələn yığmamız vahid lider olub. Bu nəticədən sonra komandamız pley-offa vəsiqəni təmin edib. Futbolçularımız son turda Fransa ilə qrup liderliyi uğrunda yarışacaq.
F qrupun digər matçında isə Fransa Belçika ilə qarşılaşıb. Oyun 3:3 hesabı ilə yekunlaşıb.
Avropa çempionatı
F qrupu
19:00. Azərbaycan – İtaliya - 2:1
Qollar: Rəvan Kərimov, 20. Mirmehdi Rzayev, 45 - Vasçello, 18
Fransa - Belçika - 3:3
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
5-1 |
6 |
2 |
Fransa |
2 |
1 |
1 |
0 |
6-4 |
4 |
3 |
Belçika |
2 |
0 |
1 |
1 |
3-6 |
1 |
4 |
İtaliya |
2 |
0 |
0 |
2 |
2-5 |
0 |
Qeyd edək ki, yığmamız ilk oyununda Belçikaya 3:0 hesabı ilə qalib gəlib.
İdman.biz