Premyer Liqada mövsümün son cəzaları

Xəbərlər
30 May 2024 12:20
427
Premyer Liqada mövsümün son cəzaları

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI turunda baş verənlər müzakirə olunub.

“Zirə” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə alan klubların hərəsi 700 manat cərimə edilib. Bu qarşılaşma bitdikdən sonra “Zirə”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat xərcə düşüb. “Səbail” ikinci sarıdan qırmızı vərəqə alan futbolçusu Valdemar Almeyda 1 oyun cəzalanıb, qonaqlar 500 manat cərimələnib.

“Sumqayıt” – “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə alan qonaq klub 700 manat ödəməli olacaq. Meydan sahiblərinin tərcüməçisi Şahin Abdullayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 matçlıq cəzalanıb, “Sumqayıt” 1000 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat ziyana düşüb.

“Turan Tovuz” – “Kəpəz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz təmsilçisi 800 manat cərimə edilib.

İdman.biz

Məqalədə: