Qazaxıstanda qeyri-adi qərar: Oyun bitdikdən sonra qol ləğv olunub - VİDEO

Xəbərlər
29 May 2024 23:12
176
Qazaxıstanda qeyri-adi qərar: Oyun bitdikdən sonra qol ləğv olunub - VİDEO

Qazaxıstan futbolunda qeyri-adi hadisə qeydə alınıb.

İdman.biz xəbər verir ki, “Tobol” – “Atırau” matçından sonra qollardan biri ləğv olunub.

Qazaxıstan kubokunu 1/2 final mərhələsinin ilk oyununda 2:0 hesabı qeydə alınıb. Hesab 40-cı dəqiqədə penalti zərbəsi ilə açılıb. “Tobol” 85-ci dəqiqədə ikinci dəfə fərqlənib. Qoldan sonra videotəkrar izlənilməyib və “Atırau” oyuna mərkəzdən başlayıb. Görüşün icmalında da qarşılaşmanın 2:0 hesabı ilə bitməsi nümayiş olunub.

Amma oyun bitdikdən sonra matçın nəticəsi 1:0 kimi göstərilib.

İdman.biz