Ceyhun Sultanov: “Neftçi”də hamı günahkardır, heç kim qırağa çəkilə bilməz”

Müsahibə
28 May 2024 14:15
294
Ceyhun Sultanov: “Neftçi”də hamı günahkardır, heç kim qırağa çəkilə bilməz”

“Bu, “Neftçi” üçün bir fiaskodur”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, “Neftçi”nin Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü 5-ci pillədə başa vuraraq avrokuboklara belə gedə bilməməsinə münasibət bilirib. “Ağ-qaralar”ın keçmiş idman direktorunun sözlərinə görə, futbolda bu cür hallar baş verir: “Heç vaxt “Sabah”la son oyunda belə bir şey olacağını düşünə bilməzdim. “Neftçi” Avropa Liqasına gedə bilmədi. Bu nəticə “Neftçi”yə yaraşmır. Onların stabil oyun göstərməməsini çox şeylə əlaqələndirmək olar. Miodraq Bojoviç çoxdan getməli idi. O, “Neftçi”yə yaraşan məşqçi deyildi. Monteneqrolu bu komandanın yükünü qaldıra bilməzdi. Onun gedişi ilə bağlı gec qərar versələr də, düzgün addımdır”.

Sultanov bildirib ki, yeni mövsüm üçün heyətdə böyük dəyişiklik olmadır: “Hamı günahkardır, heç kim qırağa çəkilə bilməz. Ən böyük günahkar isə baş məşqçidir. Çünki əlində olan imkanlardan düzgün istifadə edə bilmədi. Futbolda belə səhvlər olur. Əsas olan bunlardan nəticə çıxarmaqdır. Ümid edirəm ki, yeni mövsümdə başqa “Neftçi” görərik və çempionluq uğrunda mübarizə apararlar”.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın son turunda “Sabah”a 0:1 hesabı ilə uduzaraq avrokubok şansını itirib.

Banuçiçək Hüseynli
İdman.biz