Tedesko “Bolonya”da ciddi təzyiq altındadır

15 Sentyabr 2026 18:59
75
Tedesko “Bolonya”da ciddi təzyiq altındadır

İtaliya A Seriyasında uğursuz startdan sonra Domeniko Tedesko “Bolonya”da işini itirmək təhlükəsi ilə üz-üzədir.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, şənbə günü “Torino” ilə keçiriləcək matç Tedesko üçün həlledici ola bilər.

Tedesko bu yay Vinçenso İtalianonu əvəz etmək üçün “Bolonya”ya gəlib. Lakin komanda onun rəhbərliyi altında ilk dörd liqa matçında cəmi bir xal qazanıb. Bu nəticənin klub daxilində ciddi narahatlıq doğurub.

“Bolonya” rəhbərliyi vəziyyəti qiymətləndirmək və belçikalı məşqçinin gələcəyini müzakirə etmək üçün bazar ertəsi iclas keçirib.

Klub hələ son qərarını verməyib. Lakin baş məşqçi postunda dəyişiklik edilməsi ehtimalı kifayət qədər real qiymətləndirilir. Bildirilir ki, “Bolonya” mümkün ayrılığa hazırlıq məqsədilə artıq iki namizəd müəyyənləşdirib.

İdman.Biz