Vaqif Cavadov: “Nəriman Axundzadə parlaq futbolçu deyil” - VİDEO

Müsahibə
26 May 2024 11:26
3 409
Vaqif Cavadov: “Nəriman Axundzadə parlaq futbolçu deyil” - VİDEO

"Hazırda Azərbaycan çempionatında parlaq futbolçu görmürəm"

Bunu "İdman Bizimlə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O bildirib ki, hazırda oyunu idarə edən yerli futbolçu görmür: "Bəli, Nəriman önəmli qol vurub, ancaq 20 dəqiqəlik oyuna görə, ona parlaq futbolçu demək olmaz. Parlaq futbolçu odur ki, hər matçda 90 dəqiqə oynaya bilsin. İstər millidə, istər çempionatımızda belə futbolçu görmürəm. Abdullah Zubir, Marko Veşoviç, Marko Yankoviç, Juninyo kimi lider keyfiyyətlərə sahib olub, oyunu idarə edən yerli futbolçular bu gün yoxdur. Belə oynayan futbolçularımızın da hamısı hazırda xaricdədir".

Aytac Sahəd
İdman.biz