Vaqif Cavadov: “O, milliyə ruh yüksəkliyi gətirdi” - VİDEO

Xəbərlər
25 May 2024 17:14
141
Vaqif Cavadov: “O, milliyə ruh yüksəkliyi gətirdi” - VİDEO

"Bizdəki futbol rəhbərliyi yerli məşqçilərə az şans verir. Halbuki baxanda görürük ki, yerli məşqçilər istər Azərbaycan çempionatının klublarında, istərsə də millidə yaxşı nəticələr verib".

Bunu "İdman Bizimlə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O, baş məşqçisiz olan yığmamıza yerli, yoxsa əcnəbinin rəhbərlik etməsi ilə bağlı fikirlərini bildirib: "Kim gəlirsə-gəlsin, əsas odur ki, millinin önəmini bilsin. Biz bunu Berti Foqtsun vaxtında yaşamışıq. O, milliyə ruh yüksəkliyi gətirdi. Millinin futbolçuları nümunəvi olmalı, eyni zamanda xüsusi diqqət görməlidir. Məsələn, həmin futbolçular ən yaxşı geyimə sahib olmalıdır. Çünki on milyondan təxminən, otuz nəfər futbolçu Azərbaycanı təmsil edir. Bu qayğı hazırda ölkə rəhbərliyi tərəfindən göstərilir. Milliyə gələn məşqçi də bunları dərk etməlidir”.

Cavadov vurğulayıb ki, yığmamızın seçmə mərhələlərdə daim son sıralarda qərarlaşması heç də reallığı əks etdirmir: “Axırıncı yerlərdə olmağımız o demək deyil ki, biz futbolu bilmirik. Gəlib imza atandan sonra demək ki, "Mən bilmirdim belə olacaq", düzgün deyil. Sən kitabı açanda bilməlisən ki, Azərbaycan futbolu nəyə malikdir".

Aytac Sahəd
İdman.biz

Məqalədə: