Azərbaycan çempionatında Pley-offun püşkü atılıb

Xəbərlər
25 May 2024 16:52
113
Azərbaycan çempionatında Pley-offun püşkü atılıb

2024/25 mövsümündə II Liqada çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısının pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 05 iyun tarixlərində oynanılacaq. Dünən Şamaxı şəhərində baş tutan Region Liqasının final matçının ardından pley-off iştirakçıları dəqiqləşib. Bu qarşılaşmalarda II Liqada 13-cü yeri tutan “Şəfa” ilə Region Liqasının finalında məğlub olan “Hypers” üz-üzə gələcək.

Bu gün Peşəkar Futbol Liqasında ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqası prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak edib. Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” komandası olub. Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar yaxın günlərdə açıqlanacaq.

İdman.biz

Məqalədə: