“Qarabağ”ın futbolçularına milli komandadan DƏVƏT

Xəbərlər
25 May 2024 10:25
137
“Qarabağ”ın futbolçularına milli komandadan DƏVƏT

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıblar.

İdman.biz xəbər verir ki, onlar Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin 25 nəfərlik heyətinə düşüblər.

Monteneqro millisi mayın 31-də bir araya gələcək. Prosineçkinin yetirmələri iyun ayında 2 yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın futbolçularının heyətində yer aldığı yığma hər 2 matçda AVRO-2024-ün iştirakçıları ilə üz-üzə gələcək. İyunun 5-də rəqib Belçika, 9-da isə Gürcüstan olacaq.

İdman.biz

Məqalədə: