Vaqif Cavadov: “Sumqayıt” avrokuboka getməsə belə bunu faciəyə döndərmək lazım deyil”

Müsahibə
24 May 2024 14:37
471
Vaqif Cavadov: “Sumqayıt” avrokuboka getməsə belə bunu faciəyə döndərmək lazım deyil”

“Sumqayıt” çox böyük işlər görür. Azərbaycan çempionatındakı komandalara baxsaq, “Qarabağ”ı çıxmaq şərtilə “Zirə” haqqında bu sözləri deyə bilərəm. Həqiqətən də, son zamanlarda bu komandada ciddi irəliləyiş var”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

“Sumqayıt-2”nin baş məşqçisi Premyer Liqada əsas komandaları ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, “Gənclik şəhəri” təmsilçisinin son turda “Qəbələ” ilə dueli heç də asan olmayacaq: “Son vaxtlar “Qəbələ” psixoloji cəhətdən rahatdır, üç oyundur ki, qalib gəlirlər. Məncə, çətin oyun olacaq. İnanıram ki, ”Sumqayıt” bu çətinliyin də öhdəsindən gələcək. Avrokuboklarda oynamaq üçün qalib gəlmək vacibdir. Ancaq alınmasa belə bunu faciəyə döndərmək lazım deyil. Bu, futboldur. “Sumqayıt” stabil oynayan bir komandadır. Nəticələrə də baxsaq, görərik ki, ikinci yerdə idi, indi beşinci pilləyə düşüb. Amma son turda ikinci də ola bilər, üçüncü də. Baxmayaraq ki, komandanın büdcəsi aşağıdır”.

Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü ev sahibləri üçün mühüm əhəmiyyət kəsb edir. Samir Abasovun komandası avrokuboka getmək üçün mütləq qələbə qazanmalıdır.

Aytac Sahəd
İdman.biz