Alfonsonun yerinə Teo

Xəbərlər
23 May 2024 21:42
322
Alfonsonun yerinə Teo

“Milan”ın müfadiəçisi Teo Ernandes “Bavariya”nın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Münhen klubu yayda fransalı futbolçunu transfer edə bilər.

Almanlar Alfonso Devis komandanı tərk edəcəyi təqdirdə Ernandeslə müqavilə bağlayacaq. Teonun “Milan”la 2026-cı ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə komandanın heyətində 45 oyunda meydana çıxıb 5 qol vurub və 11 ötürmə edib.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2019-cu ildən İtaliya təmsilçisinin formasını geyinir.

İdman.biz