Almaniya “Ştutqart” futbol klubunun yeni transferi Qrişa Premel klubun ona təqdim etdiyi sponsor “Mercedes-Benz” avtomobilindən imtina edib.
İdman.Biz bu ölkənin mətbuatına istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ də 20 il əvvəl istehsal olunan “Ford Fiesta”sına üstünlük verir.
Məlumata görə, avtomobil Premelin böyük qardaşına nənə və babası tərəfindən hədiyyə edilib. Daha sonra futbolçu 18 yaşında sürücülük vəsiqəsi aldıqdan sonra avtomobil ona keçib.
Premelin bahalı yeni avtomobil əvəzinə uzun illərdir istifadə etdiyi “Ford Fiesta”sını seçməsi diqqət çəkib.

