Mahir Emreli: 28 dəqiqə, 1 qol və kubok

Xəbərlər
22 May 2024 22:19
6 304
Mahir Emreli: 28 dəqiqə, 1 qol və kubok

Azərbaycanlı futbolçu Mahir Emreli Xorvatiya kubokunu qazanıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Dinamo” (Zaqreb) finalda iki oyunun nəticəsinə görə “Riyeka”nı məğlub edib.

Komandalar arasında Zaqrebdə keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşıb. Cavab matçında “Dinamo” 3:1 hesabı ilə qalib gəlib. Mahir final görüşlərində meydana çıxmayıb. Zaqreblilər 17-ci dəfə ölkə kubokunun qalibi olublar.

2023/2024 mövsümündə Emreli cəmi 28 dəqiqə forma geyinib. Yığmamızın üzvü “Oriolik”lə (8:0) görüşün 62-ci dəqiqəsində meydana daxil olub və qollardan birinə imza atıb.

Qeyd edək ki, Mahir Zaqreb klubunun heyətində Xorvatiya çempionu tituluna yiyələnib.

İdman.biz