“Qarabağ” akademiyasının komandaları Qətər toplanışı çərçivəsində yoldaşlıq oyunları keçiriblər.
İdman.biz xəbər verir ki, Ağdam klubunun U-15 və U-17 komandaları “Aspire Academy Friendly Series” çərçivəsində matçlarda qüvvəsini sınayıblar.
“Qarabağ” futbolçuları “Aspire”nin müvafiq yaş qrupu üzrə komandaları ilə görüşüblər. U-17-nin matçlarında Asiya təmsilçisi 2:0 və 4:2 hesabı ilə qalib gəlib. “Qarabağ”ın qollarını Elgün İsaqov və Həbib Qədimov vurublar.
U-15 ilk görüşdə heç-heçə edib. “Qarabağ”ın qoluna Onur Əliyev imza atıb. İkinci matçda Qətər komandası qalib gəlib – 2:1. Təmsilçimizin heyətində Polad Hüseynov fərqlənib.
İdman.biz