Çempionun 4 futbolçusu ilk 11-də

Xəbərlər
21 May 2024 20:49
316
Çempionun 4 futbolçusu ilk 11-də

“Whoscored” statistika portalı 2023/2024 mövsümdə İngiltərə Premyer Liqasının mövqelər üzrə ən yaxşı 11 futbolçusunu məyyənləşdirib.

İdman.biz xəbər verir ki, siyahida çempion “Mançester Siti”nin 4 futbolçusu yer alıb.

Ən yüksək xalı isə “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Sako alıb. Onun mövsümdəki çıxışı 7,7 balla dəyərləndirilib.

Qapıçı: Alfons Areola (“Vest Hem”, 7,0).

Müdafiəçilər: Trent Aleksandr-Arnold (“Liverpul”, 7,1), Virgil Van Deyk ((“Liverpul”, 7,1), Ceyms Takovski (“Everton”, 7,1), Yoşko Qvardiol (“Mançester Siti”, 7,0).

Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”, 7,7), Rodri (“Mançester Siti”, 7,6), Koul Palmer («Челси», 7,5), Filip Foden (“Mançester Siti”, 7,6).

Hücumçular: Erlinq Holand (“Mançester Siti”, 7,4), Son Xın Min (“Tottenhem”, 7,3).

İdman.biz