“Fənərbağça” futbol klubu komandanın baş məşqçisi İsmail Kartalla rəsmən yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
“Fənərbağça”nın UEFA Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçəsindən sonra, Kartalın matçdan sonrakı mətbuat konfransında gözlənilmədən istefa verdiyini bildirib.
Gözlənilməz istefa ilkin olaraq matç zamanı tribunadan baş məşqçiyə su şüşəsinin atılması insidentindən qaynaqlanıb.
Klub prezidenti Aziz Yıldırım dünən axşam istefanı qəbul etməkdən imtina edərək, rəhbərliyin xəbərsiz qaldığını və Kartalın öz vəzifəsində qalacağını bildirmişdi.
Məlumata görə, Kartalın əlaqəni kəsdiyi və məşqi buraxdıqdan sonra klub rəhbərliyi baş məşqçi ilə yollarını ayırmaq barədə qərar qəbul edib.
