Məmmədov ardıcıl 5-ci oyunda uduzub

Xəbərlər
20 May 2024 23:09
111
Məmmədov ardıcıl 5-ci oyunda uduzub

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi LKS “Zaqlebye”nin qonağı olub.

Rahil start heyətində yer aldığı qarşılaşma rəqib komandanın qələbəsi ilə başa çatıb. Lodz təmsilçisi 1:2 hesabı ilə uduzub. Bu, LKS-in ardıcıl 5-ci məğlubiyyəti olub.

Qeyd edək ki, 21 xal toplayan və sonuncu pillədə qərarlaşan Məmmədovun komandası Ekstraklasanı tərk edib.

İdman.biz