Fonseka “Lill”ə “gözləyin” deyib

Xəbərlər
20 May 2024 22:19
117
Fonseka “Lill”ə “gözləyin” deyib

Paolu Fonseka "Lill"in yeni müqavilə təklifinə müsbət cavab verməyib.

İdman.biz xəbər verir ki, o, klub rəhbərliyindən vaxt istəyib.

Portuqaliyalı mütəxəssisin "Milan"ın maraq dairəsində olduğu bildirilir. Fonsekanın İtaliya klubunda Stefano Piolini əvəz etməyə əsas namizəd olduğu vurğulanır.

Qeyd edək ki, Paulo 2022-ci ildən "Lill"ə başçılıq edir. Komanda onun rəhbərliyi ilə başa çatan mövsümdə Fransa çempionatını 4-cü pillədə başa vurub.

İdman.biz