İtaliya millisi UEFA Millətlər Liqasının oyununda Türkiyə yığmasını məğlub edib. Qarşılaşmada Sebastiano və Françesko Esposito qardaşları ilk dəqiqələrdən meydana çıxıblar.
İdman.Biz bu ölkə mətbuatına istinadən xəb ər verir ki, İtaliya millisinin tarixində cəmi üç qardaş cütlüyü eyni vaxtda milliyə dəvət alıblar və onların arasında, təbii ki, İnzagi qardaşları da var.
İtaliya millisində iki qardaşın eyni oyunda start heyətində yer alması isə sonuncu dəfə 1915-ci ildə baş verib. Həmin vaxt Aldo və Luici Çevenini qardaşları İsveçrə ilə matçda ilk dəqiqələrdən meydana çıxıblar. Onların hər ikisi həmin görüşdə bir dəfə fərqlənib.
Bu dəfə isə qardaşlardan yalnız Françesko Esposito rəqib qapısına yol tapıb.
