İngiltərə Premyer Liqasında nadir təsadüf olunan hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, yüksək dəstəni ötən yay elitaya yüksələn komandalar tərk edib.
“Bernli” və “Şeffild Yunayted”dən sonra “Luton” da Çempionşipə yuvarlanıb. Bu, Premyer Liqa tarixində ikinci belə hadisədir.
1997/98 mövsümündə Çempionşipdən gələn üç komanda elita ilə vidalaşıb. 26 il əvvəl bu uğursuzluğu “Barnsli”, “Bolton” və “Kristal Pelas” yaşayıb.
Qeyd edək ki, onları Premyer Liqada “Lester”, “İpsviç” və pley-offun “Lids” – “Sauthempton” matçının qalibi əvəzləyəcək.
İdman.biz