Misli Premyer Liqasının altıncı turu çərçivəsində Gəncə Şəhər Stadionunda gerçəkləşəcək “Kəpəz” – “Sumqayıt” oyununa bilet satışı davam edir.
İdman.Biz xəbər verir ki, indiyədək iticket.az saytı vasitəsilə və stadionun kassalarında 4000 bilet satılıb.
Matç sentyabrın 20-də saat 19-da start götürəcək.
Xatırladaq ki, “Kəpəz” “Sumqayıt”la görüşdən sonra doğma publika ilə uzun müddətə vidalaşacaq. “Sarı-göylər”in növbəti ev görüşü yalnız oktyabrın ortalarında “Zirə”yə qarşı olacaq.
