Mahir Emrelidən geridönüşü ilə bağlı PAYLAŞIM

Xəbərlər
19 May 2024 16:36
342
Mahir Emrelidən geridönüşü ilə bağlı PAYLAŞIM

"Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.

26 yaşlı futbolçu uzun müddətdən sonra Zaqreb "Dinamo"sunun heyətində meydana çıxmasına münasibət bildirib. O, bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edib: "Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Emreli təxminən 5 aydan sonra meydana dönüb. O, Xorvatiya çempionatının 35-ci turunda "Slaven"lə oyunun 46-cı dəqiqəsində meydana çıxıb. Oyun Mahirin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz