Joao Pedro İngiltərə Premyer Liqasında avqustun ən yaxşısı seçilib

12 Sentyabr 2026 04:31
90
Joao Pedro İngiltərə Premyer Liqasında avqustun ən yaxşısı seçilib

“Çelsi”nin hücumçusu Joao Pedro İngiltərə Premyer Liqasında (İPL) avqust ayının ən yaxşı futbolçusu seçilib.

İdman.Biz İPL-in rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ötən ay İngiltərə çempionatında iki matçda iştirak edib.

Joao Pedro “Çelsi”yə “Fulhem”i (3:2) və “Brayton”u (4:3) məğlub etməkdə kömək edib. Hücumçu bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mükafata, həmçinin Koul Palmer (“Çelsi”), Rikkardo Kalafori (“Arsenal”), Rayan Şerki (“Mançester Siti”), Brunu Fernandeş (“Mançester Yunayted”), Mamadu Sangare (“Brentford”), Konstantinos Tsolakis (“Hall Siti”) və Yoan Vissa (“Nyukasl”) namizəd olublar.

İdman.Biz