Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə

Xəbərlər
18 May 2024 23:16
363
Renatın komandası “Beşiktaş”la oyunda qələbəni əldən verib - 90+7-ci dəqiqədə

Azərbaycan yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Hatayspor” 37-ci turda “Beşiktaş”ın qonağı olub.

2:2 hesabı ilə yekunlaşan qarşılaşmada Hatay klubu son dəqiqələrdə qələbəni əldən verib. “Beşiktaş” 90+7-ci dəqiqədə penalti zərbəsi sayəsində məğlubiyyətdən qaçıb. Renat oyunun 72-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Hatayspor” 38 xalla 17-ci pillədə qərarlaşıb. Renatın komandası Superliqada qalmaq üçün son turda qələbə qazanmalı və rəqibləri “Ankaragücü” (40 xal) ilə “Konyaspor”un (41 xal) məğlubiyyətinə ümid etməlidir.

İdman.biz