Mövsümün komandası açıqlanıb

Xəbərlər
18 May 2024 14:01
113
Mövsümün komandası açıqlanıb

İspaniya La Liqasında mövsümün komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, rəmzi heyətə 11 deyil, 15 futbolçu daxil edilib.

“Real”ın oyunçuları siyahıda üstünlük təşkil edib. Madrid klubunun 5 üzvü rəmzi komandada yer alıb. Bunlar Cud Bellinqem, Federiko Valverde, Vinisius Junior, Antonio Rudiger və Daniel Karvaxaldır.

Mövsümün sürpriz komandası “Jirona”dan 4 oyunçu heyətə layiq görülüb. Bunlar Savio, Aleş Qarsiya, Artyom Dovbik və Migel Qutyerresdir.

“Barselona” siyahıda üç futbolçu ilə təmsil olunub. Robert Levandovski, Ronald Arauxo və İlkay Gündoğan rəmzi komandaya daxil edilib. “Atletik”dən Unai Simons, “Atletiko”dan Antuan Qrizman da heyətdə yer alıb.

Qeyd edək ki, rəmzi komandanı La Liqa və “EA Sports” birgə tərtib edib.

İdman.biz

Məqalədə: