“Zirə”yə yerli, digərlərinə əcnəbi – VAR hakimləri

Xəbərlər
18 May 2024 12:25
142
“Zirə”yə yerli, digərlərinə əcnəbi – VAR hakimləri

Azərbaycan Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları məlum olub.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

“Sumqayıt” – “Sabah” və “Səbail” – “Neftçi” matçlarına əcnəbi hakimlər dəvət alıb. Hər iki oyunda VAR xarici ədalət təmsilçisi olacaq. “Kəpəz” – “Zirə” qarşılaşmasında isə yerli hakimlər olacaq.

Azərbaycan Premyer Liqası
XXXV tur
18 may (şənbə)
“Sabah” – “Sumqayıt”

VAR: Natan Verbumen (Belçika)
AVAR: Əliyar Ağayev

“Səbail” – “Neftçi”
VAR: Devid Qersini (İtaliya)
AVAR: Eyyub İbrahimov

“Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov

Qeyd edək ki, hər üç oyun saat 17:00-da başlayacaq.

İdman.biz