“Litva ilə cavab oyunundan çox şey asılıdır” - Mahmud Qurbanovdan İDMAN.BİZ-ə AÇIQLAMA

4 Oktyabr 2026 14:21
93
“Litva ilə cavab oyunundan çox şey asılıdır” - Mahmud Qurbanovdan İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycanın U-18 millisinin baş məşqçisi Mahmud Qurbanov əsas milli komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirib və bu gün saat 17:00-da başlayacaq Litva ilə cavab oyunundan gözləntilərini bölüşüb.

Mütəxəssis İdman.Biz-ə açıqlamasında Azərbaycan millisinin qrup mərhələsini birinci pillədə başa vurmaq şansının hələ də olduğunu bildirib.

“Bugünkü oyunda millimizə uğurlar arzulayıram. Çətin qarşılaşma olacaq. İnanıram ki, yığmamız qələbə qazanacaq. Bu gün qalib gəlsək, Lixtenşteynlə oyunda daha rahat çıxış edib qrupu birinci yerdə başa vura bilərik. Bəli, Lixtenşteynlə evdə heç-heçə etdik. Amma şansımız var. Bugünkü qələbə ilə vəziyyətimizi sığortalaya bilərik”, - baş məşqçisi deyib.

Qurbanov milli komandanın əsas problemini də açıqlayıb:

“Litva ilə səfər oyunu (1:1) pis alınmadı. Rəqibdən üstün idik. Bəli, heç-heçə etdik və buna bəraət qazandırmağa ehtiyac yoxdur. Amma Lixtenşteynlə ev oyununda çoxlu qol imkanımız oldu və onlardan istifadə edə bilmədik. Əsas problemimiz budur. Bununla belə, hələ heç nə bitməyib. Bugünkü nəticədən çox şey asılıdır”, - mütəxəssis bildirib.

İdman.Biz