6 qol vurulsa da...

Xəbərlər
14 May 2024 01:08
121
6 qol vurulsa da...

İngiltərə Premyer Liqasında 37-ci turun son oyunu keçirilib.

İdman.biz xəbər verir ki, “Liverpul” “Aston Villa”nın qonağı olub.

Qonşu pillələrdə qərarlaşan komandaların görüşü məhsuldar alınıb. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Son dəqiqələrdə 20 yaşlı Con Duran dubl edərək, “Aston Villa”nı məğlubiyyətdən xilas edib.

“Liverpul” 79 xalla 3-cü, “Aston Villa” 68 xalla 4-cü pillədə yer alıb.

İngiltərə Premyer Liqası
37-ci tur

“Aston Villa” – “Liverpul” – 3:3

İdman.biz