Premyer Liqada yeni müqavilə

Xəbərlər
13 May 2024 16:48
112
Premyer Liqada yeni müqavilə

İngiltərənin “Bornmut” klubu baş məşqçisi Andoni İrraola ilə müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Mütəxəssis 2026-cı ilin yayına qədər postunda qalacaq. 41 yaşlı ispaniyalı “Bornmut”da işinə 2023-cü ilin yayında başlayıb.

Qeyd edək ki, 37 oyunda 48 xal toplayan komanda turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.

İdman.biz

Məqalədə: