Ülvi İsgəndərov komanda ilə son məşqə qatılmayıb

11 May 2024 20:08
443
Ülvi İsgəndərov komanda ilə son məşqə qatılmayıb

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXIV turunun “Sabah”la ev oyunu öncəsi itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, Ülvi İsgəndərov komanda ilə son hazırlığa qatılmayıb.

O, fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, mayın 12-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 17:00-da başlayacaq.

İdman.biz